Hərbi Helikopter yerə çırpıldı — Ölənlər var (VİDEO)

DÜNYA 20 mar 2023, 11:29
Kolumbiyada hərbi helikopter qəzaya uğrayıb.

Demokrat.az
xəbər verir ki, Choco inzibati bölgəsində meşəlik əraziyə düşməsi nəticəsində 4 əsgər həlak olub.

Ordudan verilən açıqlamada EJC 4227 nömrəli hərbi helikopterin Quibdo şəhərinin La Playita məhəlləsində meşə sahəsinə düşdüyü deyilib.

Kolumbiya prezidenti Qustavo Petro qəzada həyatını itirən əsgərlərin ailələrinə başsağlığı verib və “Təəssüf ki, qəzadan sağ çıxan olmayıb, səlahiyyətlilərə dərhal bölgəyə getməyi əmr etdim” deyib.

Kolumbiya mətbuatında yer alan xəbərlərə görə, əməliyyatdan qayıdan hərbi helikopterin mexaniki nasazlıq səbəbindən qəzaya uğradığı təxmin edilir.(Medianews.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top