Oğuzda avtomobil aşıb, 2 nəfər xəsarət alıb — FOTO

HADİSƏ 19 mar 2023, 19:10
Oğuzda yol qəzası baş verib, xəsarət alanlar var.

Demokrat.az xəbər verir ki, hadisə axşam saatlarında Oğuz şəhərinin girişində baş verib.

Hərəkətdə olan “VAZ 21099” markalı minik avtomobili idarəetmədən çıxaraq dəmir elektrik dirəyinə çırpılıb, daha sonra avtomobil aşıb. Qəza zamanı avtomobilin sürücüsü və bir nəfər sərnişin xəsarət alıb. Yaralılar müayinə və müalicə edilmək üçün Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Faktla bağlı Oğuz rayon Polis Şöbəsində araşdırma aparılır.//APA

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top