Gizli plan üzə çıxdı: Rusiyanın növbəti hədəf ölkəsi...

DÜNYA 17 mar 2023, 22:08
Rusiya kəşfiyyat xidmətinin hazırladığı məxfi hesabat üzə çıxıb.

Hesabatda Ukraynadan başqa bir ölkədə sabitliyi pozmaq üçün görüləcək 10 illik fəaliyyət planı deşifrə edilib.


 Demokrat.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb. Rusiyanın kəşfiyyat İdarəsinin hazırladığı gizli plan ifşa edilib.

Məlum olub ki, planda ölkədə sabitliyi pozmaq, o cümlədən rusiyayönlü qrupları dəstəkləmək, pravoslav kilsəsindən istifadə etmək və qaz təchizatını kəsməklə hədələmək üçün ətraflı variantlar nəzərdən keçirib. Bildirilib ki, sənəd Moldovanın NATO ilə daha sıx əlaqələr qurmasının və onun Avropa İttifaqına daxil olmaq ərizəsinin də yer aldığı Qərbə meylinin qarşısını almaq üçün hazırlanıb. Məlumata görə, sənəddə Moldovanın NATO-ya daxil olmasının qarşısının alınmasının vacibliyinə tez-tez toxunulub. Dərc edilmiş sənəd Moldovanı Rusiyanın təsir dairəsinə daxil etmək üçün 10 illik strateji planı ehtiva edir. Bu plana Moldovanı Rusiya qazının idxalından asılı vəziyyətə salmaq və sosial qarşıdurmanı artırmaq və s. kimi məsələlər daxildir.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top