"Sadəcə ibtidai sinfi bitirmişəm" deyən şəxsin tikdiyi binalar yerlə-yeksan oldu...

REGİON 12 fev 2023, 14:30
Hikmət Günsayın təsis etdiyi “Özburak İnşaat” Hatayda baş verən zəlzələdə binaları ən çox dağılan tikinti şirkətlərindən biridir.

Demokrat.az “Sözcü”yə istinadla xəbər verir ki, Günsay binaları ən yaxşı materiallarla, ən yaxşı texnologiya ilə tikdiyini deyərək satıb.

Bildirilir ki, Günsay şirkətinin dağılan binalarının hamısı zəlzələ qaydalarına uyğun hazırlandıqları iddia edilən yeni tikililərdir.
Jurnalist Bahadır Özgür sosial media hesabında Hikmət Günsayın tikdirdiyi dağılmış binaların fotolarını paylaşıb.

O bildirib ki, hələlik təsdiqlənmiş məlumat kimi “Özburak İnşaat”ın binalarının yüzdə 25-i dağılıb.“Bütün binalar yerlə-yeksan olub.
Hamısı 2010-cu ildən sonra hazırlanıb. Bu, ilk olaraq araşdıracağımız inşaatçıdır. Hikmət Günsay 2001-ci ildə tikintiyə başlayıb. 2005-ci ildə “Özburak İnşaat”ı təsis edib”.
Jurnalist bildirib ki, H. Günsay müsahibələrindən birində “Mən sadəcə ibtidai sinfi bitirmişəm. 1500-dən çox ev tikmişəm”, - deyə bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top