Türkiyəyə zəlzələnin vurduğu zərər 4 milyard dolları keçə bilər

REGİON 09 fev 2023, 20:20
Türkiyənin cənub-şərqində və Suriyanın şimalında baş verən zəlzələnin iqtisadi ziyanı 4 milyard dolları keçə bilər.

Demokrat.az xəbər verir ki, bu barədə beynəlxalq reytinq agentliyi “Fitch Ratings”dən bildirilib.

“Vəziyyət inkişaf etdikcə iqtisadi itkiləri qiymətləndirmək çətindir, lakin onların 2 milyard dolları ötməsi və 4 milyard dolları keçməsi ehtimalı var”, – agentliyin hesabatında deyilir.

Eyni zamanda, agentlik təbii fəlakətdən zərər çəkmiş ərazilərin sığorta təminatının aşağı olmasına işarə edərək, sığortalanmış itkilərin həcmini 1 milyard dollar səviyyəsində qiymətləndirib.//apa

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top