Dünya

Baş nazirin bacısı və nəvəsi zəlzələdə ÖLDÜ

Baş nazirin bacısı və nəvəsi zəlzələdə ÖLDÜ

Suriyanın baş naziri Hüseyn Arnusun bacısı Nəsub Arnus Həma şəhərindəki zəlzələ zamanı binanın uçması nəticəsində dünyasını dəyişib.

Demokrat.az xəbər verir ki, bu barədə Suriyanın “Əl-Vatan” qəzeti məlumat yayıb.

Qəzetin yazdığına görə, zəlzələ nəticəsində baş nazirin nəvəsi də həlak olub.

Fevralın 6-da Suriyada baş verən dağıdıcı zəlzələ nəticəsində 320-dən çox adam həlak olub, 1000-dən çox yaralanan var.

D
demokrat.az