Hulusi Akar: Türkiyə öz tanklarını istehsal edəcək

REGİON 02 fev 2023, 15:46

Türkiyə müdafiə sənayesinin inkişafı üçün çalışmalarımız davam etməkdədir.

Demokrat.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Qarsda keçirilən “Qış təlimi-2023”ün Yüksək səviyyəli müşahidəçi günündə deyib.

Nazir bildirib ki, Türkiyə Silahlı Qüvvələrinin istifadə etdiyi silahlar yerli istehsaldır: “PUA-larımız var. Ordumuzun ehtiyaclarını qarşılamaq üçün gecə-gündüz çalışdıq və çalışırıq. Nə edirlər etsinlər, tankımızı da, təyyarəmizi də istehsal edəcəyik. Bizim istehsal etdiyimiz müdafiə sənayesi məhsulları dost və qardaş ölkələr üçün də yararlıdır və bundan sonra da yararlı olacaq”.//APA

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top