Lənkəranda qəza: Yaralılar var

HADİSƏ 31 yan 2023, 23:13
Lənkəranda mikroavtobusla minik avtomobili toqquşub, xəsarət alanlar var.

“Report” xəbər verir ki, hadisə Lənkəran-Boradigah magistralında, rayonun Ṣaqlaser kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Rayonun Zövlə kənd sakini İdrak Şəfiyev idarə etdiyi 42-CE-908 dövlət qeydiyyat nişanlı VAZ-2199 markalı avtomobil Lənkəran istiqamətində hərəkətdə olarkən qarşıdan gələn

1961-ci il təvəllüdlü Əbülfət Mürvət oğlu Baxşıyevin idarə etdiyi 99-MK-642 dövlət qeydiyyat nömrə nişanlı “VİTA” markalı mikroavtobusla toqquşub.

Hadisə nəticəsində VAZ-2199 sürücüsü və sərnişin qismində avtomobildə olan qardaşı Ziyafət Şəfiyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. İlkin versiyaya görə, hadisəyə səbəb yağışlı hava şəraiti olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top