Bakıda məktəbin qarşısında şagirdi döyüb qolunu sındırdılar

HADİSƏ 31 yan 2023, 13:17
Bakıda məktəbin qarşısında baş vermiş xuliqanlıq hadisəsi zamanı şagirdin qolu sınıb.

Demokrat.az xəbər verir ki, hadisə Yasamal rayonu N.Tusi adına 173 saylı orta məktəbin qarşısında olub. N.Nərimanov küçəsində - məktəbin qarşısında Əli adlı şəxs xuliqanlıq zəminində 2008-ci il təvəllüdlü A.Quliyevi (ad-soyad şərtidir) döyüb. Nəticədə həmin məktəbin şagirdi olan yeniyetmənin qolu sınıb.

O, xəstəxanaya aparılıb və qolu gipsə qoyulub.

Hadisə ilə bağlı polisə məlumat verilib. Fakt üzrə Yasamal RPİ-nin 26-cı Polis Bölməsində araşdırma aparılır.//qafqazinfo

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top