"Ailəli olmadığım üçün "Sakit göl"ə buraxmadılar" — Tolik

ŞOU-BİZNES 21 yan 2023, 13:33
Prodüser-aparıcı Tarix Əliyev (Tolik) Şamaxıda "Sakit göl" hotelindən şikayət edib. 


Demokrat.az xəbər verir ki, Tolik bu haqda "Ümid ilə gəl" verilişində danışıb. O bildirib ki, dostları və ailə üzvləri ilə birlikdə hotelə getmək istəyib, amma ailəli olmadığı üçün icazə verməyiblər: 

"Ailəli deyiləm, amma siqaret çəkmirəm, içki içmirəm. Gedib həftəsonu hoteldə dincəlmək istəyirəm. Zəng etdim ki, ailəli dostlarım var, gəlib sakit gün keçirdək və gölün kənarında gəzək. Dedilər, mümkün deyil. Dedim ki, bacımı, bibimi götürüm gəlim. İcazə vermədilər".  

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top