Britaniya və ABŞ Ukrayna ordusu üçün əlavə təlim proqramları elan ediblər

DÜNYA 16 yan 2023, 21:52
Britaniya hökuməti yaxın günlərdə Ukrayna tankerlərinə "Challenger 2" tanklarından istifadə etmək üçün təlimlərə başlayacağını açıqlayıb.

Demokrat.az Ukrayna mətbuatına istinadən bildirir ki, ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Mark Milley bildirib ki, yanvarın 15-də Almaniyada ukraynalıların hərbi təlimləri başlayıb və bu təlimlərdə 500-ə yaxın əsgər təlim keçəcək. Təlimlər beş həftədən səkkiz həftəyə qədər davam edəcək .

General həmçinin vurğulayıb ki, ukraynalı döyüşçülər tam çeşiddə silah və texnika ilə təmin olunacaqlar.

Amerika və Böyük Britaniyanın təlim proqramları ilə yanaşı, Ukrayna hərbçiləri Aİ və bəzi digər ölkələr tərəfindən ayrıca təşkil olunan kurslar çərçivəsində Avropada da təlim keçirlər.

Bildirilib ki,  Böyük Britaniya  Ukrayna hərbçiləri üçün təlim proqramını əhəmiyyətli dərəcədə genişləndirəcək və bu, on minlərlə əsgərin təlimini əhatə edəcək.

Leyla
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top