AXCP üzvünə hökm oxundu

KRİMİNAL 16 yan 2023, 17:26
Narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunan Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Cəfər Mirzəyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Demokrat.az
xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutan prosesdə hökm oxunub. 

Cəfər Mirzəyev 6 il müddətinə azadlıqdan məhrum edilib. 

Qeyd edək ki, Cəfər Mirzəyev 25 noyabr 2021-ci ildə Almaniyadan deportasiya edilib və ötən il yanvarın 27-də həbs olunub.

Daxili İşlər Nazirliyininm Narkotiklərlə Mübarizə Baş İdarəsinin əməliyyatçıları tərəfindən saxlanılarkən üzərindən 12 qram heroin, 4 ədəd narkotik tərkibli həb tapılıb.

Onun barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) ittiham elan edilib.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top