Rusiyada yaşayış evində yanğın zamanı bir qadın və üç uşaq ölüb

REGİON 15 yan 2023, 09:12
Rusiyanın Omsk vilayətində fərdi yaşayış evində baş verən yanğın nəticəsində bir qadın və üç uşaq ölüb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə İstintaq Komitəsinin region üzrə İstintaq İdarəsinin mətbuat xidməti məlumat yayıb.

“Rusiya Federasiyası İstintaq Komitəsinin Omsk vilayəti üzrə istintaq orqanları bu gecə Belousovka kəndində fərdi yaşayış evində baş vermiş yanğın zamanı qadının və iki, yeddi və doqquz yaşlı üç uşağın ölümü ilə bağlı ibtidai istintaq aparır”, - məlumatda deyilir.

Hadisə yerinə təhqiqatçılar cəlb olunublar. Faktla bağlı cinayət işi açılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top