Naxçıvanda Fuad Nəcəfli ilə sakinlərin görüşündə nə baş verib? — VİDEO

DAXİLİ SİYASƏT 09 yan 2023, 12:10
Azərbaycan Prezidentinin Naxçıvandakı səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli NMR Şərur Rayon İcra Hakimiyyətinin binasında vətəndaşları qəbul edib.

Nəcəfli əvvəlcə şəhid ailələrinin üzvləri ilə görüşüb, sonra sosial və məişət problemlərinin həlli üçün qəbula gələn digər vətəndaşları qəbul edib.

Respublika miqyaslı rəhbərin sadə vətəndaşları qəbul etməsi və onları dinləməsi Naxçıvan üçün qeyri-adi haldır.

Qəbula gələnlərdən biri olan Allahverdi Həsənov “Turan”a bildirib ki, yerli icra hakimiyyəti səlahiyyətli nümayəndənin səfərini əhalidən gizlədib və təlimatlandırılmış insanlarla görüş təşkil etməyə cəhd edib.

Həsənov onu da qeyd edib ki, əvvəllər yüksək vəzifəli şəxslərlə belə görüşlər keçirilməyib, başqa adamlar da onun kimi qorxusundan yuxarı orqanlara şikayət və müraciətlər etmirdilər.

Qeyd olunur ki, Nəcəfli ötən il dekabrın 22-də təyinat alandan sonra Naxçıvanda rayon rəhbərləri həftədə bir dəfə deyil, hər gün vətəndaşların qəbulunu təşkil etməyə başlayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top