Miri Yusifdən mesaj: "40 milyonluq Azərbaycan..."

ŞOU-BİZNES 07 yan 2023, 20:40
Xalq artisti Miri Yusif Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış edib.

Demokrat.az teleqraf.com-a istinadən bildirir ki, 2 saatdan çox səhnədə qalan sənətçi konsertə "Xəzərəm" mahnısı ilə başlayıb. Daha sonra "Küçələrə su səpmişəm" adlı mahnını kompozisiya şəklində xanəndə Nurlan Namazovla birgə ifa edib.
10-dan çox musiqiçi və rəqqaslarla performans göstərən Miri Yusif "Bildim" adlı yeni mahnısını da ilk dəfə konsertində oxuyub.

"Yaxın tariximizə nəzər yetirəndə gördük ki, 10 milyon insan bütöv bir yumruq olmağı bacardı və biz qalib gəldik. İnşallah bütöv 40 milyonluq Azərbaycan da bir yumruq olub, qalib gələcək. Artıq buna çox rahat inanırıq. Ona görə də bu mahnını bizə, özümüzə həsr edirəm. Əziz xalqım, səndən bir dənədir!", - deyə, sənətçi konsertin sonunda bildirib.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top