Bakıda dava edən fəhlələr polisə hücum çəkdilər — TƏFƏRRÜAT

KRİMİNAL 06 yan 2023, 11:11
Bakının Xətai rayonunda iki fəhlənin pul üstündə yaranan münaqişəsi dava ilə nəticələnib.

Demokrat.az
-ın əldə etdiyi məlumata görə, hadisə S.Ə.Şirvani küçəsində baş verib. 

Salyan rayon sakinləri – 1998-ci il təvəllüdlü Salman və 2001-ci il təvəllüdlü Pərviz (adlar şərtidir – red.) arasında pul üstündə mübahisə yaranıb. Onların mübahisəsi səs-küyə çevrildiyi üçün ərazidə olan polis əməkdaşları onlara yaxınlaşıb. 

Polis əməkdaşları hər iki şəxsi nizam-intizama dəvət etsələr də, onlar buna məhəl qoymayıb və polisin qanuni tələblərini yerinə yetirməyiblər. 

Buna görə də hər iki şəxs Xətai rayon Polis İdarəsinin 34-cü polis bölməsinə gətirilib. 

Onların barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə) maddəsi ilə ittiham verilib.

Barəsində inzibati protokol tərtib olunan Salman izahatında göstərib ki, hadisədən 15 gün əvvəl Bakıya gəlib: “Həm özüm, həm digər şəxs fəhlə işləyirdik.

Bizim aramızda pulla bağlı mübahisə oldu. Daha sonra polis əməkdaşları bu səbəbdən bizə yaxınlaşdı. Onlarla da mübahisə yarandı. Həmin vaxt əsəbi olmuşam. Buna görə də polis əməkdaşlarına qarşı kobudluq göstərmişəm”. 

Xətai rayon Məhkəməsinin qərarı ilə hər iki şəxs 15 gün müddətinə həbs ediliblər. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
25 apr 2024, 13:44
Top