22 yaşlı oğlan nişanlısını bıçaqladı

HADİSƏ 05 yan 2023, 20:07
Astarada gənc oğlan nişanlısını bıçaqlayıb.

“Report” xəbər verir ki, hadisə rayonun Şiyəkəran kəndində baş verib.

Belə ki, 22 yaşlı Mirisaq Mirvaleh oğlu Mirtalıbov şəxsi münasibətlər zəminində nişanlısı Səbinə Nicat qızı Qənbərovanı döyüb və ona bıçaqla xəsarət yetirib.

Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılan S.Qənbərova cərrahi əməliyyata alınıb.

Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top