“Aksiya Ermənistanı pat vəziyyətinə salıb”

GÜNDƏM 30 dek 2022, 22:45
“Şuşa-Xankəndi yolunda azərbaycanlı fəalların, eko-aktivistlərin keçirdikləri aksiyaya qarşı beynəlxalq birlik tərəfindən birmənalı yanaşma mövcuddur”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Teymur Qasımlı deyib. 

Politoloq qeyd edib ki, beynəlxalq təşkilatlarda, dünya ictimaiyyətində ermənilər Azərbaycana qarşı yalan-böhtan kampaniyası aparmaqdadır:

“Çox təəssüflər olsun ki, biz Ermənistan tərəfinin apardığı bu təbliğata uduzuruq. Haqlı davamızı da dünya ictimaiyyətinə düzgün çıxara bilmirik. Amma yenə də ciddi şəkilə mübarizə aparırıq və diplomatiyamız bununla bağlı işləyir. Açıq etiraf edək ki, erməni diasporasının bu məsələdə rolu çox böyük və güclüdür. 

Bundan əlavə də, bizim apardığımız ekofəalların aksiyasından da Ermənistanın daxilindəki bəzi qüvvələr istifadə edirlər. Ancaq bizim apardığımız aksiya Ermənistanı pat vəziyyətinə salıb. Özünü lider sayan Ruben Vardanyanın siyasi nüfuzunu zəiflədib. Təbii ki, ekofəallar provakasiyaya gəlməməlidir. Yolu bizim yox, sülhməramlıların bağladığını dünyaya çatdırmalıyıq. Bu dezinformasiyanı ermənilərin əlindən almalıyıq. Erməni diasporası çox təəssüflər olsun ki, Azərbaycandan güclüdür. Bunun da bir çox səbəbləri var. Ona görə də, beynəlxalq təşkilatlara bizim atdığımız addımlar çox önəmlidir və ermənilərə biz hansısa bəhanəni verməməliyik”. 

Nəzrin
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top