Kiyev vilayətində 250 min abonent yenidən işıqsız qaldı

DÜNYA 29 dek 2022, 23:12
Kiyev vilayətində sakinlər yenidən işıqsız qalıb.

Demokrat.az Ukrayna mətbuatına istinadən bildirir ki, Kiyev vilayətinin rəhbəri bildirib ki, tezliklə vəziyyət sabitləşəcək.

Ukraynaya Rusiya Ordusunun yeni kütləvi raket hücumu nəticəsində Kiyev vilayətində hazırda 250 min abonent enerji təchizatından məhrumdur.

"Saat 17:00-a olan məlumata görə, 250 min abonent işıqsız qalıb. Əminəm ki, bir neçə saatdan sonra vəziyyət dünənki rəqəmlərə qayıdacaq", - . Ukrayna xarici işlər naziri Dmitri Kuleba bildirib.

O, həmçinin bildirib ki, raket atəşi nəticəsində dəyən bütün zərərlər aradan qaldırılıb və sabah bərpa işlərinə başlanılacaq.

Xatırladaq ki, dekabrın 28-də elektrik enerjisi tədarükçüsü olan YASNO-nun baş direktoru Sergey Kovalenko bildirib ki, Kiyevdə elektrik enerjisi ilə bağlı vəziyyət getdikcə sabitləşir.

Leyla

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top