Ankara-Dəməşq danışıqları 11 ildən sonra Yaxın Şərq mətbuatında

REGİON 29 dek 2022, 22:21
Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar və MİT rəhbəri Hakan Fidanın Moskvaya səfəri və orada Suriya müdafiə naziri ilə görüşməsi Yaxın Şərq mediasında əks-səda doğurub.
 
Demokrat.az xəbər verir ki, “Əl-Ərəbiyyə” görüşün Türkiyənin Suriyada quru əməliyyatı planlaşdırarkən baş tutduğuna diqqət çəkib. Xəbərdə nazirlik arasında ilk əlaqənin Türkiyənin Suriyanın şimalında planlaşdırdığı əməliyyatdan əvvəl baş tutduğu qeyd olunub. “Əl-Cəzirə” isə Ankara ilə Dəməşq arasında hələ də fikir ayrılıqlarının olduğunu yazıb.

“Əl-Monitor” qəzeti də iki ölkə arasındakı görüşü işıqlandırıb. Qəzetdəki xəbərdə "Türkiyə Suriya hökumətinin terror qruplaşmalarına qarşı əməkdaşlıq etməsini istəyir. Dəməşq də Ankaradan əsgərlərini Suriyadan çəkməsini tələb edir" dedi. Görüşün prezident Rəcəb Tayyib Ərdoğanın Dəməşqə müsbət mesajlar göndərməsindən sonra baş tutduğu da vurğulanıb.

"Əl-Cəzirə" telekanalının xəbərinə görə, "Ankara ilə Dəməşq arasında Suriya ilə bağlı hələ də böyük fikir ayrılıqları var. Biz bilirik ki, Dəməşq türk hərbi varlığını öz sərhədlərindən çıxarmaq istəyir". Hesabatda həmçinin, “Türkiyə suriyalı qaçqınları təhlükəsiz və ləyaqətlə geri göndərmək istəyir” deyilir.
 
Qeyd edək ki, 11 ildən sonra ilk görüş kimi tarixə düşən bu danışıqları Rusiya rəsmiləri müşayiət edib.

Jalə

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top