Lavrov ABŞ-ın Rusiya ilə müharibədən yayınmasından danışdı

DÜNYA 28 dek 2022, 22:50
" ABŞ Ukraynaya "Patriot" sistemləri üzrə mütəxəssisləri göndərməyəcək".

Demokrat.az
Rusiya mətbuatına istinadən bildirir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

" Vaşinqton Moskva ilə birbaşa döyüşməyi planlaşdırmır və Ukraynaya təhvil verilən "Patriot" zenit sistemləri ilə işləmək üçün öz hərbi mütəxəssislərini göndərmiyəcək" 

O Vaşinqtondan müxtəlif kanallar vasitəsi ilə alınan cavabın bu cür olduğunu bildirib.

“Bizə kifayət qədər geniş izah verildi ki, bu, planlaşdırılmayıb. Amerikalılar Rusiyaya qarşı döyüşmək istəmirlər və bunu etməyəcəklər”, - deyə Lavrov bildirib.

Lavrov deyib ki, Ukraynadakı “Patriot” sistemləri bir neçə ay ərzində istifadəyə veriləcək.

Leyla
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top