"Ermənistan ənənəvi olaraq iki qütbün arasında manevr edir"

GÜNDƏM 27 dek 2022, 23:09
"Məlum olduğu kimi, Azərbaycan Fransanın iştirak etdiyi hər hansı bir platformada yer almayacağını bildirib.  Bunun qarşılığı olaraq da, Ermənistan xarici işlər naziri üçtərəfli görüşə gəlmədi. Faktiki olaraq bu Qərbə və Fransaya rəsmi İrəvanın etdiyi növbəti jestlərindən biri idi. Məqsəd də ondan ibarətdir ki, Fransanın yer almadığı formatda Ermənistan da iştirak etməyəcək".

 Bu fikirləri Demokrat.az-a açıqlamasında siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

Analitik qeyd edib ki, əslində bu davranış daha çox Rusiyaya qarşı nümayiş etdirilmiş davranışdır.

 "Məsələnin digər tərəfinə gəldikdə isə əgər üçtərəfli görüş baş tutsaydı Paşinyan nədən çəkəcəkdi? Bunun cavabı çox sadədir. Rusiya üçün hal-hazırda vacib olan aspektlərdən biri kommunikasiyaların açılmasıdır. Xüsusilə indi daha çox əhəmiyyət kəsb edir. Ermənistan da kommunikasiyaların qapalı qalmasını həm də Rusiyaya qarşı təzyiq kimi qiymətləndirir. Bu aspektdən də Zəngəzur dəhlizi ilə bağlı məsələləri gecikdirməyə cəhd göstərir. Səbəblərdən biri də bundan ibarətdir. Şübhəsiz ki, əgər görüş baş tutsaydı Ermənistana veriləcək bir sıra suallar var idi. Bu suallardan birincisi də ondan ibarət idi ki, Azərbaycan öz üzərinə düşən öhdəlikləri yerinə yetirib, amma Ermənistan tərəfindən verilən vədlər, həmçinin 10 noyabr bəyanatında Ermənistanın üzərinə götürdüyü bir neçə əsas amil yerinə yetirilməyib. Bunlardan biri faktiki olaraq bu gün Azərbaycan ərazilərində mövcud olan erməni hərbiçilərinin ərazidən çıxarılmasıyla bağlı Ermənistanın öhdəliyidir, digər aspekt isə şübhəsiz ki, kommunikasiyaların açılmasıyla Ermənistanın nümayiş etdirdiyi indiki mövqedir. Düşünürəm ki, bütün bunları icra etmək niyyətində olmadığı üçün və yaxud arqumentləşdirici bir cavab olmadığı üçün həm də buna görə Ermənisran üçtərəfli görüşdən faktiki olaraq imtina edib. Daha çox burada bjrinci aspektdir və düşünürəm ki, Ermənistanın ənənəvi olaraq iki qütbün arasında manevr etmək, birindən küsmək, digərindən meyillənmək, başqasından küsüb bu birinə meyillənmək davranışları sərgiləyir. Bu da ənənəvi Ermənistanın xarici siyasətinə xas olan xüsusiyyətlərdir".

Aynurə

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top