Azərbaycanlılar Ukraynada blokadaya düşdülər — VİDEO

DÜNYA 27 dek 2022, 14:51
Ukraynada müharibə davam edir.

Demokrat.az xəbər verir ki, Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb. 

O bildirib ki, Donetskdə son iki həftədə vəziyyət yenidən gərginləşib. Kramatorsk şəhəri dayanmadan raket hücumlarına məruz qalır.

Məlumata görə, Donetskdə blokada şəraitində qalan ərazilərdəki mülki insanlar arasında 20-yə yaxın həmyerlimiz də var.

Həmçinin qeyd edilib ki, işğalda olan Makiyevkada separatçıların güllələdiyi iki ailədən biri azərbaycanlıdır.

O da bildirilib ki, bir aydan çoxdur Rusiya Ordusu separatçılarla birlikdə Rusiya-Ukrayna müharibəsinin dönüş nöqtəsinə çevrilən Baxmutu ələ keçirməyə çalışsa da, buna nail ola bilmir.


 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top