Bakıda 12 il əvvəl qətl törədən şəxs azadlığa buraxıldı

KRİMİNAL 26 dek 2022, 16:54
Bakının Yasamal rayonunda 12 il əvvəl qətl törətməkdə təqsirli bilinən Telman Məcidovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

Demokrat.az
xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş araşdırılması üçün hakim Faiq Qəniyevin sədrliyi ilə baş tutan prosesdə hökm oxunub 

Məhkəmənin hökmü ilə Telman Məcidova cəza təyin olunmayıb və o, azadlığa buraxılıb. Buna səbəb cinayət hadisəsinin törədilməsində 12 ildən çox vaxt keçməsi olub. Buna görə də təqsirləndirilən şəxsə cəza təyin olunmayıb. 

Telman Məcidovun barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib və o, məhkəmə zalından azadlığa buraxılıb.

Ittihama görə, 2010-cu il noyabrın 18-də paytaxt sakini Qürbət Abzərovun kəllə-beyin travması diaqnozu ilə daxil olduğu xəstəxanada 8 gün sonra ölməsi faktına görə Yasamal rayon prokurorluğunda cinayət işi başlanılıb.

Bu iş üzrə həmin il istintaq aparılsa da, cinayəti törətmiş şəxsin müəyyən edilməsi mümkün olmadığından iş üzrə icraat dayandırılıb.

Lakin sonradan cinayət işi təkrar öyrənilməklə istintaqın davam etdirilməsi Baş Prokurorluğun İstintaq idarəsinə həvalə olunub. 

Aparılmış istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri ilə müəyyən edilib ki, 1964-cü il təvəllüdlü Telman Məcidov cəzaçəkmə müəssisəsində olarkən, onunla eyni vaxtda cəza çəkən 1969-cu il təvəllüdlü Qürbət Abzərovun onun ailə üzvləri barəsində təhqiredici ifadələrə yol verdiyinə görə cəzasını başa vurandan sonra noyabrın 18-də qisas almaq məqsədilə sonuncu ilə görüşərkən aralarında yaranmış mübahisənin gedişində gəzdirdiyi dəmir çəliklə qəsdən bir dəfə baş nahiyəsinə zərbə vurub. Qeyd olunan xəsarətin təsirindən Qürbət Abzərov müalicə olunduğu xəstəxanada ölüb.
İstintaq orqanı tərəfindən Telman Məcidovun barəsindəCinayət Məcəlləsinin 126.3-cü (zərərçəkmiş şəxsin ölümünə səbəb olmuş qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top