Azərbaycanda ağır yol qəzası: Ölən və yaralanan var — FOTO

HADİSƏ 26 dek 2022, 08:43
Kürdəmirdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Demokrat.az
"Report"a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax əsas magistral yolunun rayonun Çöhranlı kəndindən keçən hissəsində qeydə alınıb.

Balakən rayon sakini, 31 yaşlı Qınçıyev Rəvan Ramazan oğlunun idarə etdiyi içi müxtəlif meyvələrlə dolu "Ford" markalı avtomobil Kürdəmir istiqamətində hərəkətdə olarkən qarşıda hərəkətdə olan, Tovuz rayon sakini Cəfərov Akifin idarə etdiyi mişar daşı ilə dolu olan "KamAZ" markalı yük maşınının qoşqusuna çırpılıb.

Hadisə nəticəsində "Ford"un sürücüsü R.Qınçıyev və sərnişini, Balakən rayon sakini Elvin Oktay oğlu Kərimov müxtəlif dərəcəli ağır xəsarətlər alıblar.

Yaralılar təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Həkimlərin səyinə baxmayaraq, E.Kərimov xəstəxanada dünyasını dəyişib. Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top