SON DƏQİQƏ! Kəlbəcərdə yük maşını aşdı — Xəsarət alan var

HADİSƏ 24 dekabr 2022, 14:06
Kəlbəcər rayonunda yük avtomobilinin aşması nəticəsində sürücü xəsarət alıb.

Bu barədə Demokrat.az-a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Bildirilib ki, Kəlbəcər rayon Yanşaq kəndi ərazisində "Volvo" markalı yük avtomobilinin aşması ilə bağlı Kəlbəcər rayon Polis Şöbəsinə məlumat daxil olub.

Dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçirib.

Qəza nəticəsində yük avtomobilinin sürücüsü müxtəlif bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.



 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
19 iyun 2025, 00:07
Top