Vahid Əhmədovdan Bakı-Quba yolu ilə bağlı AÇIQLAMA

İNFRASTRUKTUR 23 dek 2022, 15:06
Deputat Vahid Əhmədov parlamentdəki çıxışında əvvəlcə Prezident İlham Əliyevi doğum günü münasibətilə təbrik etdi. Daha sonra millət vəkili Bakı-Quba yolundakı təmir işlərinin yekunlaşmasından bəhs etdi.

MM üzvü bildirdi ki, bu ilin fevralından təmirə dayandırılan yolda işlər başa çatıb və bu gün açılışı həyata keçiriləcək. “Bu istiqamətdə ödənişli yolun istifadəyə verilməsi gələn ilin may ayına planlaşdırılır” -deyə, V.Əhmədov əlavə etdi.

Deputat aylarla Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan təmir-tikinti nəticəsində çəkilən yola görə təşəkkürünü və təbrikini də çatdırdı: “Bu yolun təmirini daim diqqətində saxlayan cənab prezidentə dərin minnətdarlığımı bildirirəm və Azərbaycan xalqını ürəkdən təbrik edirəm”.

Musavat.com

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top