“Barsa” rəqabətdə uduzdu: Messi Parisdə qalır

İDMAN 23 dek 2022, 11:06
Argentina millisinin ulduz futbolçusu Lionel Messi azı bir mövsüm də PSJ-də qalacaq.

35 yaşlı hücumçu Paris klubunun rəhbərliyinə söz verib ki, müqaviləni 2024-cü ilə qədər uzadacaq.

Mənbənin sözlərinə görə, PSJ rəhbərliyi ilə futbolçunun agentləri arasında danışıqlar təxminən 3 aya yaxın davam edib və tərəflər arasında tam razılıq dekabrın əvvəlində, Qətərdə keçirilən dünya çempionatının ən qızğın vaxtı həll olunub.

Qeyd edək ki, “Barselona” Messini komandaya qayıtmağa razı salmağa ümid edirdi. Lakin klubda hazırda maliyyə problemləri yaşanır və bu, Fransa klubunun təklifi ilə rəqabət aparmağı çətinləşdirir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top