“Laçın yolunda humanitar təyinatlı nəqliyyatın hərəkəti bərpa olunub” — Rusiya XİN

REGİON 22 dek 2022, 17:40
“Regionun filiz yataqlarının işlənilməsi ilə bağlı məsələdə fikir ayrılıqlarının nizamlanması vacibdir”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

O qeyd edib ki, Rusiya Müdafiə Nazirliyi və sülhməramlı kontingentin komandanlığı vəziyyətin de-eskalasiyası üzərində işləməyi davam etdirir: “Onların səyləri sayəsində dekabrın 16-da qazın verilməsi bərpa olunub. Təcili tibbi yardım maşınları daxil olmaqla, humanitar təyinatlı avtonəqliyyatın hərəkəti bərpa olunub. Vəziyyətin yaxın vaxtlarda həllinə ümid edirik. Tərəfləri üçtərəfli bəyanatlara müvafiq olaraq, öz üzərlərinə götürdükləri öhdəliklərə ciddi riayət etməyə çağırırıq”.

Zaxarova Laçın dəhlizində vəziyyətlə bağlı bundan əvvəl mövqe bildirdiklərini qeyd edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top