Əfqanıstan universitetlərində qızların təhsili dayandırıldı

DÜNYA 21 dek 2022, 11:01
Taliban administrasiyası   qızların ali məktəblərdə təhsilini dayandırıb.

Demokrat.az
xəbər verir ki, bu haqda Ali Təhsil Nazirliyinin sözçüsü Hafiz Ziya Haşimi AA- ya açıqlamasında bildirib.

Haşiminin sözlərinə görə, gənc qızların təhsili ilə bağlı ölkənin bütün dövlət və özəl universitetlərinə təlimat göndərilib .

Təlimatda bildirilib ki, Nazirlər Şurasının qərarı ilə ali məktəblərdə qızların təhsili ikinci elana qədər dayandırılsın.

Ötən il avqustun 15-də Əfqanıstan administrasiyasına gələn Taliban hərəkatı qızların ibtidai məktəb və universitetlərdə təhsil almasına icazə vermişdi.

Qoyulan qaydalara  görə qız və oğlanların universitetlərdə mühazirə günləri ayrılmışdı. 

Qızlar öz vaxtlarında təhsillərini davam etdirə bilərdilər.

Lakin, qızların orta məktəblərdə və litseylərdə təhsillərini davam etdirməsinə isə icazə verilməmişdir.
 
Məsələyə aydınlıq gətirən taliban rəsmiləri qız məktəblərinin "islam qaydaları çərçivəsində" yenidən təşkil ediləcəyini və açılacağını bildirsələrdə, məktəblər açılmayıb

Arzu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top