Pakistanda dəhşətli partlayış: 12 ölü,13 yaralı

DÜNYA 20 dek 2022, 14:40
Pakistanda 12 nəfərin ölümü ilə nəticələnən partlayış baş verib. 

Demokrat.az
xəbər verir ki, hadisə ölkənin cənub-qərbindəki Bəlucistan əyalətində baş verib.  

Əyalətin Lasbela ərazisindəki bazarda qaz balonunun partlaması itki və fəsadlara  səbəb olub.   

Hadisə ilə bağlı açıqlama verən ərazi komissarının müavini Murad Xan Kasi partlayışda ən azı 12 nəfərin öldüyünü , 13 nəfərin yaralandığını bildirib. O, hadisənin qaz balonu doldurulan zaman hadisənin baş verdiyini deyib. 

Kasi, partlayışın şiddəti ilə yanğının baş verdiyi və alovun digər mağazalara da keçdiyini bildirib.  O, həmçinin  yanğının genişlənməsi ilə digər balonların da partladığını , 4 mağaza və 12 avtomobilin yandığını açıqlayıb.

Arzu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top