“Xalqımızın dəmir iradəsi qısa zamanda zəfərimizin ikinci mərhələsinə aparacaq” — Partiya sədri

SİYASƏT 16 dek 2022, 10:53
“Azərbaycan xalqının Şuşa-Xankəndi yolundakı etiraz aksiyasını dəstəkləyirik”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu deyib. Partiya sədri qeyd edib ki, bu, Azərbaycanın iqtidarlı, müxalifətli, yəni bütün siyasi qüvvələrinin vahid mövqeyidir:

“Azərbaycanın vətəndaş cəmiyyətinin nümayəndələrinin ekoloji sabotajla bağlı qaldırdıqları məsələni dünya ictimaiyyətinin diqqətinə yönəltmək, eyni zamanda bu niyyətlə sülhməramlıların fəaliyyətsizliyini qabartmaq mühümdür. Dinc vətəndaş etirazlarının təşkili Azərbaycanın öz dədə-baba torpaqlarına sona qədər sahib çıxacağının bariz nümunəsidir. Azərbaycan xalqı birdir, monolitdir və vahid mövqedən çıxış edir. İqtidar da, müxalifət də Azərbaycanın suveren ərazisi olan Qarabağ problemində daim hakimiyyətin yanındadır. Xankəndi, Xocavənd, Xocalı və digər bölgələrdə baş verənləri biz xüsusi həssaslıqla izləyirik. Çox təəssüflər ki, Rusiya Prezidenti Putinin tabeliyində olan və Qarabağın ətraf rayonlarda xidmət aparan sülhməramlılar məlum 10 noyabr Bəyanatında öz ölkələrinin prezidentlərinin imzasına sayqısız rəftar sərgiləyirlər. Bu, Azərbaycanın ərazi bütövlüyünə qarşı sayqısızlıq deyil, eyni zamanda Rusiya prezidentnin imzasına sayqısızlıqıdır. Heç şübhəsiz ki Azərbaycanın yad düşmənləri Fransa, İran və Rusiyanın vahid mövqedən Azərbaycanın düşməninə qarşı verdikləri dəstək göz önündədir. Biz bu mövzuda Azərbaycan iqtidarının və Ali Baş Komandanı İlham Əliyevin yanındayıq. Prezident İlham Əliyev nəyi düzgün bilirsə, o addımı da atacaqdır. Hesab edirəm ki, Azərbaycan xalqının səbr və dözümü müəyyən zamana qədərdir. Azərbaycan Araik adlı gədənin qanunsuz, separatçı fəaliyyətinə uzunmüddət dözməyəcək. Ya sülhməramlılar götürdükləri öhdəliklərə əməl edərək onları tərkisilah edib, o torpaqlardan didərgin düşmüş soydaşlarımızın ora köçməyini təmin edəcək, ya da “dəmir yumruq” işə düşəcək. Azərbaycan xalqının dəmir iradəsi, milli birliyi bizi qısa zamanda zəfərimizin ikinci mərhələsinə aparacaqdır. Araiki himayə edənlər, xüsusən Fransa və İran, həmçinin Azərbaycanın bölgələrində ekoloji sabotajla məşöul olmağa göz yuman Rusiya sülhməramlıları sonda itirən tərəf olacaq”.

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 apr 2024, 09:08
Top