Türkiyədə polis maşını partladıldı — 9 yaralı (YENİLƏNİB)

REGİON 16 dek 2022, 09:53
Türkiyənin Diyarbəkir şəhərində polis avtomobilinin partladılması nəticəsində yaralananların sayı 9-a çatıb.

Demokrat.az
xəbər verir ki, bu barədə Diyarbəkir vilayətinin valisi Ali İhsan Su məlumat verib.

Onun sözlərinə görə, xəsarət alan polis əməkdaşlarından 7-si artıq evə buraxılıb, 2 nəfərin müalicəsi davam etdirilir.

Vali, həmçinin hadisəni törətməkdə şübhəli bilinən 2 nəfərin saxlanıldığını açıqlayıb. Bildirilib ki, onlardan biri taksi sürücüsü, digəri isə nəqliyyat vasitəsinə icarəyə götürən şəxsdir.

09:04
 
Dekabrın 16-da yerli vaxtla saat 04:30 radələrində Türkiyənin cənub-şərqindəki Diyarbəkir vilayətində bomba yüklü avtomobil partladılıb.

Demokrat.az
xəbər verir ki, hadisə polisin xüsusi təyinatlı dəstəsini daşıyan xidməti avtobus hərəkət etdiyi Diyarbəkirin girişində baş verib.

Polis maşını Diyarbəkir-Mardin magistral yolu ilə hərəkət edərkən uzaqdan idarə olunan qurğunun köməyi ilə yol kənarında park edilmiş avtomobildə partlayıcı qurğu işə salınıb. Hadisə yerinə əlavə təhlükəsizlik qüvvələri cəlb edilib.

Partlayış nəticəsində azı 8 polis əməkdaşı yaralanıb. Yaralılar yerli xəstəxanalara çatdırılıb. Partlayış ərazisi bloklanıb, antiterror əməliyyatı aparılır.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top