Jurnalistlərin Kəlbəcərdə mina partlayışları baş vermiş əraziyə səfəri başlayıb

QARABAĞ 15 dek 2022, 09:48
Müdafiə Nazirliyinin təşkilatçılığı ilə jurnalistlərin Kəlbəcərə - dekabrın 14-də mina partlayışları baş vermiş əraziyə səfəri başlayıb.

“Report” xəbər verir ki, məqsəd jurnalistləri erməni hərbi birləşmələrinin 2020-ci ildən mina basdırdıqları ərazilərlə tanış etmək və onların terror hərəkətlərini dünya ictimaiyyətinə çatdırmaqdır.

Qeyd edək ki, dekabrın 14-də saat 18 radələrində Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində səkkiz nəfərin minaya düşməsi barədə Kəlbəcər Hərbi Prokurorluğuna məlumat daxil olub.

Aparılmış ilkin araşdırmalarla müəyyən olunub ki, təmir-tikinti işləri ilə məşğul olan şirkətin dörd əməkdaşı Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində piyada əleyhinə minaya düşüb.

Həmçinin, müəyyən olunub ki, təxliyə ilə bağlı hadisə yerinə yollanan dörd hərbçi də minaya düşüb, onlardan üçü müxtəlif dərəcəli bədən xəsarətləri alıb, biri isə həlak olub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top