Gülay Şəbnəmi yalan danışmaqda ittiham etdi

ŞOU-BİZNES 08 dek 2022, 14:23
Müğənni Gülay Zeynallı Şəbnəm Tovuzlunu yalan danışmaqda ittiham edib. 

Demokrat.az
xəbər verir ki, sənətçi bu haqda "Xəzər axşamı" proqramında danışıb. Geyimlərdən bəhs edən Gülay aparıcı Mətanət Əliverdiyevanın "Şəbnəm Tovuzlu dedi ki, geyimim 600 manatdır. Sonrada düyməsi qırıldı" sözlərinə belə reaksiya verib:

"600 manatlıq paltarın düyməsi qırılar? Qırılmamalıdır. Yəqin 60 manat demək istəyib".

Qeyd edək ki, Şəbnəmin qara libasını 600 manata almasını deməsi müzakirələrə səbəb olmuşdu. Belə ki, sosial şəbəkədə geyimin paylaşılaraq, 40 manata satıldığı göstərilmişdi.  /Axsam.az

DİGƏR XƏBƏRLƏR

Top