“Naxçıvanbank”ın əməkdaşının müəmmalı ölümü — Valideynləri müraciət yaydı

KRİMİNAL 06 dek 2022, 14:48
Həsənovlar ailəsi Şərur rayon Prokurorluğunu, övladları Orxanın ölümünü ört-basdır etməkdə günahlandırır. 

Demokrat.az
bildirir ki, bu haqda valideynlərin müraciətini “Gündəlik Naxçıvan” səhifəsi yayıb. Orxanın valideynləri bildirir ki, işin düzgün araşdırılmasını tələb etdikləri üçün, prokurorluq onları digər oğlanlarını öldürməklə hədələyib. 

Orxan Həsənov „Naxçıvanbank"ın Şərur filialında xəzinədar işləyib. Valideynləri iddia edir ki, bankda xeyli pul yeyintisi olub və bunu Orxanın üstünə atıblar. Daha sonra izi itirmək üçün onu öldürüb, intihar hadisəsi kimi qələmə veriblər.

2021-ci il Oktyabrın 12-də sağ-salamat işə gedən Orxanın meyiti həmin gün axşam ağacdan asılı vəziyyətdə tapılıb. Ailə iddia onun öldürüldüyünü iddia edir. 

“"Naxçıvanbank" yerli hakim ailə Talıbovların nəzarətində olduğundan, Şərur rayon Prokurorluğu da işi düzgün araşdırmayıb” – deyə valideynlər bildirir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

Top