“Paşinyan öz bacısı Makronla çox isti söhbətlər edir” — Elman Nəsirov

GÜNDƏM 01 dek 2022, 23:54
“Ermənistanın baş naziri Nikol Paşinyan bir-birinə zidd bəyanatlar verir. Moskvada, Brüsseldə, Vaşinqtonda tamamilə fərqli davranışlar sərgilədi. Parisdə də elə fransızdan çox fransız olmaq istəyir. Paşinyan öz bacısı Makronla çox isti söhbətlər edir. Məsələ ondadır ki, Paşinyan əksər hallarda ilin sonunadək  sülh müqaviləsi imzalamağa hazır olduğunu bildirir, ancaq eyni müvəffəqiyyətlə də sülh müqaviləsinin imzalanması üçün bütün maneələr yaradır”. 

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib. Millət vəkili Ermənistanın şərti Azərbaycan-Ermənistan sərhədində daim təxribatlara əl atdığını diqqətə çatıdırıb:

“Eyni zamanda, Azərbaycanın Qarabağ ərazisində Rusiya sülhməramlı qüvvələrin müvəqqəti dislokasiya zonasında da hərbi insidentlər, təxribatlar törədirlər. Deməli, Ermənistan siyasi rəhbərliyi nə qədər eninə-uzununa sülh bəyanatları versələr də, əsl niyyətləri bu deyil!  Ermənistanın siyasi-hərbi rəhbərliyi belə təxribatlara əl atmaqla, ictimai fikirdə bu ideyaya sığınmaq istəyir ki, əslində müharibə bitməyib. Əgər bitsəydi, belə hərbi insidentlər, toqquşmalar olmazdı. Məqsəd də odur ki, Qarabağın “status” məsələsini qabartsın. Bu isə qeyri-mümkündür. Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev ən yüksək beynəlxalq kürsülərdən bəyan edib ki,  status yoxdur və bu məsələ bitib. Qarabağda yaşayan ermənilər bizim erməni əsilli vətəndaşlarımızdır, onların da hüquqları və təhlükəsizlik məsələsi bizim daxili işimizdir. Bizim vətəndaşımız olaraq Azərbaycan bütün digər vətəndaşların malik olduqları hüquqlarla təmin olunacaqlar. Ancaq buna baxmayaraq Ermənistan öz tutduğu qeyri-konstruktiv yoldan əl çəkmir”.

Millət vəkili əlavə edib ki, Rusiya sülhməramlı qüvvələri də bir çox hallarda onların ambisiyalarını həyata keçirmək üçün münbit şərait yaradır. 
“Halbuki, 10 noyabr Bəyanatının 4-cü bəndində göstərilmişdir ki, Rusiya sülhməramlı qüvvələrinin Qarabağa gəlməsiylə paralel olaraq eyni vaxtda qeyri-qanuni erməni birləşmələri də oradan çıxarılmaldır. Düzdür, bəyanatın B bəndi tam təmin edilib. Digərləri işləmir, çünki ikili standartlar var. Rusiya da istəmir ki, oradan qeyri-qanuni  erməni hərbi birləşmələri çıxarılsın. Əgər istəsəydi, bunu edərdi. Rusiya sülhməramlı qüvvələrinin Qarabağda qalma müddəti 10 noyabr bəyanatında göstərilib və qeyd olunub ki,  5 il müddətində tərəflərdən biri etiraz etməsə o daha 5 il uzaldıla bilər. Azərbaycanın mövqeyi isə bəllidir. 2025-ci ildə Rusiya sülhməramlı qüvvələri Qarabağ ərazisini tərk etməlidir. Bu, prinsipal və dəyişməz mövqedir. Ermənistan və Rusiya tərəfi də bunu bilir”.

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
16 apr 2024, 09:22
Top