Salyanda Heydər Əliyevin xatirəsinə həsr edilmiş şahmat turniri keçirildi — FOTO

İDMAN 25 noy 2022, 19:55
Salyan rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə  Salyan  rayon  Uşaq  Gənclər  İdman  Şahmat  Məktəbində  Ümummilli  Lider  Heydər  Əliyevin  əziz  xatirəsinə  həsr   edilmiş müəllimlər  arasında şahmat idman növü üzrə rayon turniri keçirilib.  

Demokrat.az
xəbər verir ki, öncə  ulu öndər Heydər Əliyevin  əziz  xatirəsi  bir  dəqiqəlik  sükutla anılıb. 

Tədbirdə  çıxış  edən  Salyan rayon Gənclər və İdman İdarəsinin rəisi  Araz  Hüseynov  bildirib  ki, 12 dekabr Azərbaycan xalqının Ümummilli Lideri, böyük dövlət xadimi Heydər Əliyevin anım günüdür:

"Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini böyük ehtiramla və minnətdarlıqla yad edir. Əsası ulu öndər tərəfindən qoyulan hərtərəfli inkişaf siyasəti Prezident İlham Əliyev tərəfindən parlaq uğurlarla davam etdirilir. Bu gün Ümummilli Liderimizin Heydər Əliyevin  ölkəmizin müstəqillik qazanması və çiçəklənməsi yolunda atdığı tarixi  və  taleyüklü  addımlar  sayəsində Azərbaycanın dünyanın söz sahibi ölkələri sırasındadır".

Daha  sonra çıxış  edən Salyan  rayon  Uşaq  Gənclər  İdman  Şahmat  Məktəbinin  direktoru  Bilal  Ələkbərov qeyd etdi ki, ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin banisidir: 

"1993-cü il oktyabr ayının 3-də keçirilən prezident seçkilərinin nəticələrində müvafiq olaraq xalqın dərin etimadı ilə Azərbaycan Prezidenti seçilən Heydər Əliyev qısa zamanda özünün ümummilli maraqlara xidmət edən və ali prinsiplərə söykənən fəaliyyəti ilə ölkədə milli həmrəyliyi, bütövlüyü və inkişafı təmin etdi". 

Turnirin sonunda I yeri Murad Feyziyev, II yeri Rafiq Zeynalov, 3-cü yerləri Sahilə Mirzəyeva və Taleh Qafarov qazandı. Sonda qaliblər Salyan rayon Gənclər və İdman İdarəsinin diplom və medalları ilə təltif edildilər.









SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top