"Rusiya terrorun sponsoru olduğunu hamıya sübut etdi"

DÜNYA 23 noy 2022, 21:30
Ukrayna Prezidenti Volodimir Zelenski rus ordusunun bu gün Ukrayna şəhərlərini atəşə tutmasına münasibət bildirib.

Demokrat.az Ukrayna mətbuatına istinadən bildirir ki, o videomüraciətində deyib:

"Bu gün Avropa Parlamenti Rusiyanı terrorizmin himayədarı kimi tanıdı. Bütün Avropa parlamentarilərinə təşəkkür edirəm.  Rusiya infrastrukturumuza, enerjimizə, sadə insanlara qarşı 67 raket istifadə etməklə bütün dünyaya öz terrorunu sübut etdi. Nəticə faciəvidir - çoxlu sayda yaralı, ölən var. Yaxınlarını itirən hər kəs, başsağlığımı qəbul edin. İşıq və su təminatına gəlincə, bütün qrurumlar işləyir.  Energetika, Fövqəladə Dövlət Xidməti, yerli icra hakimiyyəti orqanları hər biri işləyir.  Biz bütün dağılan infrastrukturu bərpa edəcəyik, vəssalam. Bunun öhdəsindən gələcəyik, çünki biz sarsılmaz xalqıq. Hamınıza təşəkkür edirəm, özünüzə yaxşı baxın”

Leyla
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top