Türkiyə HHQ şəhərlərin atəşə tutulmasına cavab olaraq Suriyaya hava zərbələri endirdi

REGİON 21 noy 2022, 18:20
Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus “F-16” qırıcıları bazar ertəsi Suriyada Kürdüstan Fəhlə Partiyası və “Xalq Özünümüdafiə Qüvvələri”nin kürd birləşmələrinin mövqelərinə hücumları bərpa edib.

Kilisdə Öncüpınar və Karkamış şəhərlərinin atəşə tutulmasına cavab olaraq Kobani bölgəsinə hava zərbələri endirilir.

Öncüpınar sərhəd keçidi bazar günü atəşə tutulub, nəticədə üç türk təhlükəsizlik işçisi yaralanıb. Bazar ertəsi Karkamış şəhərində azı beş raket partlayıb, mərmilər orta məktəb və yaşayış binalarına düşüb. Biri uşaq olmaqla üç nəfər həyatını itirib.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top