Şəmkir sakini dəm qazından boğularaq öldü

HADİSƏ 19 noy 2022, 21:56
Şəmkirdə 40 yaşlı kişi dəm qazından zəhərələnək ölüb.

Hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb. 40 yaşlı rayon sakini yaşadığı evin vanna otağında dəm qazından zəhərlənərək ölüb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov APA-ya bildirib ki, Şəmkir rayon Polis Şöbəsinə rayon sakini, 1982-cı il təvəllüdlü Abulrəhimov Elburusun yaşadığı evdə dəm qazından zəhərlənərək ölməsi barədə ölməsi barədə məlumat daxil olub. Dərhal polis əməkdaşları və rayon Prokurorluğunun nümayəndələri hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb.

Araşdırma zamanı məlum olub ki, E.Abulrəhimov hamamda dəm qazında boğulub. Faktla bağlı araşdırmalar davam etdirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top