Polkovnik-leytenant qəlyanxanada öldü

HADİSƏ 15 noy 2022, 12:27
Rusiyada, Yakutiyada polis polkovnik-leytenantı özəl mühafizə təşkilatının əməkdaşları ilə münaqişədən sonra qəlyanxanada ölüb.

Bu barədə öz mənbəsinə istinadən REN TV öz Telegram kanalında yazıb.

Polisin vəzifədə olmadığı dəqiqləşdirilib. Müəssisədə o, digər qonaqlarla mübahisə edib, lakin münaqişə həll olunub. Amma qəlyanxananın mühafizəçiləri həmin şəxsi müəssisədən buraxmayıb, üzünə qaz balonunu sıxıb yerə yıxıb və əlini qandallamaq üçün üzərinə yıxılıblar.

Nəticədə polis dünyasını dəyişib. Ölümün səbəbi hələlik məlum deyil. Mühafizə təşkilatının əməkdaşları saxlanılıb./Milli.Az
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top