Bakıda sükan arxasına keçən azyaşlı ilə bağlı DİN hərəkətə keçdi — YENİLƏNİB (VİDEO)

HADİSƏ 14 noy 2022, 12:22
Bakıda azyaşlı uşağın sükan arxasına keçməsi müzakirələrə səbəb olub.

Demokrat.az
oxu.az-a istinadən xəbər verir ki, görüntülər “Instagram” sosial şəbəkəsində yayılıb. Belə ki, yan oturacaqda valideyninin nəzarəti altında təxminən 6-7 yaşlı uşaq Zığ şosesi boyunca sükan arxasına keçərək avtomobili idarə edib. Çəkiliş boyunca uşağa “bir az yavaş sür” deyildiyi eşidilir.

Videogörüntülər sosial şəbəkə istifadəçiləri arasında fikir ayrılığına səbəb olub. Bir qrup insan buna müsbət reaksiya verərək "əhsən" deyib. Digər bir qrup isə bunun həm uşaq, həm də digər hərəkət iştirakçıları üçün təhlükəli olduğunu yazaraq irad bildirib.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top