Türkiyə XİN: "İsveç və Finlandiya Ankara qarşısında öhdəliklərini yerinə yetirməyib"

REGİON 08 noy 2022, 19:45
İsveç və Finlandiya NATO-ya üzvlük yolunda Türkiyə qarşısında götürdükləri öhdəliklərin hamısını hələ yerinə yetirməyib

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə Böyük Millət Məclisinin komitə iclasında deyib.

"Hər iki ölkə müəyyən addımlar atıb, lakin indiki mərhələdə onların öhdəliklərini yerinə yetirdiyini söyləmək çətindir. Atılan addımlar kifayət deyil", - nazir bildirib.

Çavuşoğlu xatırladıb ki, bundan əvvəl Helsinkidə Türkiyə, Finlandiya və İsveç arasında iyunda imzalanmış memorandumun şərtlərinin praktiki icrası ilə bağlı üçtərəfli görüş keçirilib. Memorandum iki ölkəyə Ankaranın tələblərini nəzərə almağa və alyansa qoşulmağa imkan verəcək bir sıra addımları ehtiva edir.

"İndi Stokholmda belə bir görüş keçiriləcək. Bu, gələcək konkret addımların həyata keçirilməsi baxımından kritik görüş olacaq. Hesabat hazırlanacaq və tərəflər arasında fikir ayrılıqlarının həlli üzrə yenidən qiymətləndirmə aparılacaq”, - Çavuşoğlu əlavə edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top