“Rusiyanın artıq nə əvvəlki siyasi, nə də hərbi nüfuzu qalmayıb”

SİYASƏT 07 noy 2022, 11:56
“Rusiya və Ermənistanın hərbi müttəfiqliyi yeni bir hadisə deyil. Hələ 1992-ci ildən Rusiya ilə Ermənistan arasında strateji müttəfiqlik haqqında müqavilə imzalanıb və bundan sonra Ermənistanla Rusiya arasında hərbi əməkdaşlıq genişləndirilib. Bundan başqa Rusiya Ermənistan ordusunu faktiki olaraq indiki dövrə qədər bütün təminat və təchizatını həyata keçirdib və özünün arsenalında olan ən müasir silahlarını  Ermənistana verib. Necə ki, biz bunları 44 günlük savaşda da gördük, o cümlədən "İsgəndər-M" raketləri də Ermənistanın balansına verilmişdi, hansı ki, Rusiya qanunlarına görə bu silah ancaq Rusiya ordusunun arsenalında ola bilərdi”. 

Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib. Onun sözlərinə görə, Ermənistan ordusu zabitlərinin mütləq əksəriyyəti Rusiya hərbi məktəblərinin məzunlarıdır. 

“Xüsusilə də, Baş Qərargahda çalışan qərargah zabitlərinin əksəriyyəti həmin hərbi məktəbin məzunlarıdır. Bu baxımdan Ermənistanla Rusiyanın hərbi müttəfiqliyi yeni hadisə deyil və bunu da xüsusi bir hal kimi dəyərləndirməyə gərək yoxdur. Sadəcə bilirsiniz ki, 44 günlük müharibədən sonra Ermənistanda Rusiya silahlarına münasibətdə tənqidi fikirlər formalaşmağa başladı və Rusiya özü Ukrayna ilə savaşa girəndən sonra silah və hərbi texnika baxımından çətinliklərlə üzləşdi. Ona görə hərbi əməkdaşlığı diverfikasiya etdi, yəni şaxələndirdi. Hindistandan, İrandan və digər ölkələrdən silah və sursat alınması ilə bağlı danışıqlar apardı. Bundan başqa, bilirsiniz ki, bir neçə il əvvəl Ermənistan İordaniyadan silahlar almışdılar. Yəni, Rusiya-Ermənistan münasibətləri necə olubsa, bu günə qədər eyni formada davam edir. Təbii ki, bundan sonra artıq yeni bir şərait yaranıb. Xüsusilə Ukrayna savaşından sonra Rusiyanın Cənubi Qafqazda təsir imkanları  azalmaqdadır. Təbii ki, bu da Ermənistanın siyasətinə müəyyən qədər təsir edəcək. Rusiyanın artıq əvvəlki nə siyasi, nə də hərbi nüfuzu, imkanı, qüdrəti qalmadığına görə, bu böyük bir anlam daşımaz. Yəni, bu bir xüsusi hall kimi də məncə qiymətləndirmək lazım deyil. Artıq Rusiyanın özü İrandan, Şimali Koreyadan digər ölkələrdən, hətta Ermənistanın balansında olan "SU-30" təyyarələrini də Ukraynada istifadə üçün aldı, yəni Rusiyanın Ermənistana bundan sonra çox böyük miqdarda və güclü dəstək verəcəyi açıqcası sual altındadır”.

Aynurə
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top