Azərbaycan Prezidenti İlham Əliyev Misirə səfəri çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyanla ayaqüstü görüşüb.
Demokrat.az-ın məlumatına görə, görüş bu ölkədə keçirilən Yaxın Şərq Sülh Sammiti çərçivəsində baş tutub.
İlham Əliyev adıçəkilən sammitdə bir sıra ölkələrdən olan həmkarları, o cümlədən Pakistanın Baş naziri və İordaniya kralı ilə də analoji görüşlər keçirib.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampın və Misir Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə Yaxın Şərq Sülh Sammitində iştirak etmək üçün oktyabrın 12-də Misirə işgüzar səfərə gəlib.