Azərbaycan, Pakistan və Türkiyə hər zaman bir-birini dəstəkləyib — Sahibə Qafarova

XARİCİ SİYASƏT 13 oktyabr 2025, 14:53
Azərbaycan, Pakistan və Türkiyə parlamentlərinin əməkdaşlığı ortaq tarix, mədəniyyət, dini və mənəvi dəyərlərlə bir-birinə bağlı olan ölkələrimizin və xalqlarımızın qardaşlığına, birliyinə və həmrəyliyinə əsaslanır. Azərbaycan, Pakistan və Türkiyə hər zaman bir-birinin yanında olub və bir-birini dəstəkləyiblər.

Demokrat.az xəbər verir ki, bu sözləri Milli Məclisin sədri Sahibə Qafarova bu gün Azərbaycan-Pakistan-Türkiyə Parlament Sədrlərinin Üçüncü Üçtərəfli Görüşünün açılış mərasimindəki çıxışı zamanı səsləndirib.

Parlamentin sədri deyib ki, xalqımız 44 günlük Vətən müharibəsinin ilk günlərindən etibarən Türkiyənin və Pakistanın ölkəmizə göstərdiyi siyasi-mənəvi dəstəyi heç bir zaman unutmayacaq. Onun sözlərinə görə, həmçinin Azərbaycan bütün məsələlərdə hər zaman Türkiyəyə və Pakistana dəstək nümayiş etdirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top