“Qarabağ incilərinin Avropa sədası” layihəsinə Parisdə start verilib — FOTOLAR

SOSİAL 06 noy 2022, 21:06
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “Şuşa İli”nə həsr etdiyi xüsusi müsabiqənin qalibi olan  Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA) İctimai Birliyi  tərəfindən keçiriləcək “Qarabağ incilərinin Avropa sədası” layihəsinə Parisdə start verilib. Səfərdə AQSİA İdarə Heyətinin sədri və üzvləri, “Paşa Sığorta”nın İdarə Heyətinin sədri iştirak ediblər.

“İki sahil” xəbər verir ki, heyət üzvləri Fransanın paytaxtı Paris şəhərində bir sıra görüşlər keçiriblər.

“Qarabağ incilərinin Avropa sədası” layihəsi çərçivəsində "Feminin Pluriel Global" təşkilatının prezidenti Alexandra Orijeyle görüş keçirilib.
AQSİA-nın sədri Səkinə Babayeva layihənin icrasından, qadın əməyindən və bu layihənin icra olunmasına dövlətin göstərdiyi dəstəyindən danışıb. Layihənin yenicə 3 dildə nəşr olunmuş “Qarabağ incilərinin Avropa sədası” kitabı xanım Alexandra Orijeye təqdim olunub.

Qeyd edək ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə yanaşı “PAŞA Sığorta” ASC, Azərbaycan Respublikasının Fransa Respublikasındaki səfirliyi, Azərbaycanın Fransadakı Dostları Assosiasiyası, BTF MMC və K.Fabuel Moda Evinin tərəfdaşlığı ilə həyata keçirilir.

Həmçinin "Qarabağ İncilərinin Avropa Sədası" layihəsi çərçivəsində fransız dilli ölkələrinin sahibkarlar təşkilatının (GPF) İdarə Heyətinnin üzvü Jeneviyev Salsa ilə görüş keçirilib.
Layihənin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “Şuşa İli”nə həsr etdiyi xüsusi müsabiqənin qalibi olan  Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının fəaliyyəti və bu layihənin keçirilməsinə dəstək göstərən “PAŞA Sığorta” ASC, Azərbaycan Respublikasının Fransa Respublikasındaki səfirliyi, Azərbaycanın Fransadakı Dostları Assosiasiyası, BTF MMC və K.Fabuel Moda Evinin tərəfdaşlığı xanım Salsa Janiyevin diqqətinə çatdırılıb.

İki ölkənin qadın sahibkarlar təşkilatları arasında əməkdaşlıq imkanları müzakirə olunub. Fransız dilli ölkələrinin sahibkarlar təşkilatının üzvləri Azərbaycana səfər etməyə dəvət ediliblər.
Salsa Janiyev bu layihənin çox yüksək əhəmiyyət kəbs etdiyi və Fransada keçirilməsinin iki ölkə arasındaki mədəni münasibətlərin inkişafına da öz təsirini göstərəcəyini qeyd edib.
Məlumat üçün bildirək ki, Parisdəki rəsmi görüşlər çərçivəsində UNESCO-nun xoşməramlı səfiri Hedva Ser ilə görüşülüb.   

Görüşdə Hedva Ser qısa zaman öncə Azərbaycanda olduğunu, Şuşanın gözəlliyinə heyran olduğunu bildirib. Layihənin UNESCO-nun maraqlarına uyğun olduğunu və bu cür yenilikçi bir layihənin Fransada keçirilməsinin düzgün addım olduğunu qeyd edib. 

Layihənin Fransanın digər şəhərlərində də keçirilməsinin əhəmiyyətli olduğunu qeyd edən AQSİA İdarə Heyətinin sədri Səkinə Babayeva Azərbaycan Respublikası tərəfindən hər zaman bu cür milli-mənəvi layihələrin dəstəklədiyini qeyd edib.

Səfər çərçivəsində Fransa Milli Assambleyasının deputatı Andre Vilye ilə "Qarabağ İncilərinin Avropa Sədası" adlı layihə müzakirə olunub.

Layihənin gedişatı ilə bağlı AQSİA İdarə Heyətinin sədri Səkinə Babayeva 44 günlük vətən müharibəsindən sonra işğaldan azad edilmiş Azərbaycan torpaqlqrında aparılan iri miqyaslı bərpa və yenidən qurulma işləri barədə məlmuat verib. Zəfər Günü ərəfəsində keçirilən görüşlərdə S.Babayeva vurğulayıb ki, müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan parlaq Zəfərlə Azərbaycan tarixində yeni mərhələ başladı. Bu mərhələ artıq azad olunmuş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işləri ilə davam edir. İşğaldan azad olunmuş torpaqlarımıza yeni həyat qayıdır. 

Dünyada xüsusi ilə Fransada Azərbaycan həqiqətlərinin geniş ictimaiyyətə çardırlmasında "Qarabağ İncilərinin Avropa Sədası" kimi layihələrin əhəmiyyətini vurğulanıb.
Öz növbəsində Fransalı deputat Andre Vilye Azərbaycan və Fransa arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün hazır olduğunu və mili-mənəvi dəjyərlərə xidmət bu cür layihələrin hər zaman dəstəklənməsinin tərəfdarı olduğunu bildirib.

“Qarabağ incilərinin Avropa sədası” layihəsi çərçivəsində görüşlər davam edir.


SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top