Azərbaycanla Ermənistan delimitasiya, sərhəd Komissiyalarının işini sürətləndirmək və IV iclas barədə razılığa gəlib

GÜNDƏM 03 noy 2022, 21:45
Komissiyaların birgə fəaliyyətinin hüquqi çərçivələrini müəyyən etmək məqsədilə, tərəflər Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın birgə fəaliyyət qaydasının razılaşdırılması üzrə işi sürətləndirmək barədə razılığa gəliblər.

Bu barədə XİN-in Azərbaycanla Ermənistan arasında delimitasiya üzrə komissiyaların Brüsseldə üçüncü görüşü barədə məlumatında deyilir.

Tərəflər Komissiyaların dördüncü iclasının keçirilməsinin tarixi və yerini işçi qaydada müəyyən etmək barədə razılığa gəliblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top