Salyanda Vətən Müharibəsi şəhidləri yad edilib — FOTO

SOSİAL 06 okt 2022, 17:00
06  oktyabr Salyan rayonunun Vətən Müharibəsi Şəhidləri müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları Sabir Hikmət oğlu Salahovun və Kamran Dadaş oğlu Quliyevin şəhadətə ucaldıqları gündür.

Salyan rayon Gənclər və İdman İdarəsinin rəisi Araz Hüseynov və Salyan rayon Gənclər və İdman İdarəsinin əməkdaşları , Salyan rayon Maliyyə İdarəsinin rəisi Qaraş Alışov , Azərpoçt MMC-nin Salyan filialının rəisi Əliağa Mustafayev , Salyan rayon Statistika İdarəsinin rəisi Elnur Hüseynov Salyan şəhəri Şəhidlər Xiyabanında və Salyan şəhər qəbiristanlığında Vətən Müharibəsi Şəhidləri müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları Sabir Hikmət oğlu Salahovun və Kamran Dadaş oğlu Quliyevin məzarlarını ziyarət etmiş, məzarları önünə gül dəstələri qoymuş , ruhlarına dualar oxumuşlar. 

Allah Şəhidlərimizə rəhmət etsin !

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top